"Sabah" "Olimpiakos"la heç-heçə edib
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” son yoxlama oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu kollektiv Yunanıstan təmsilçisi "Olimpiakos"la üz-üzə gəlib.
Kematen stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Sabah" daha əvvəl Qətərin "Əl-Sədd" komandasını 3:1 hesabı ilə üstələyib, ikinci görüşündə isə Almaniya “Sankt-Pauli”sinə uduzub - 1:4.
Facebook-da paylaş