"Barselona"nın keçmiş kapitanı yenidən Messinin komanda yoldaşı olub
İspaniyanın "Barselona" futbol komandasının kapitanı Serxio Buskets ABŞ-ın “İnter Mayami” klubuna keçib və yenidən Lionel Messi ilə komanda yoldaşı olub.
BrendSport.az xəbər verir ki, bu barədə Amerika komandasının saytı məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilə qədər müqavilə imzalanıb. O, MLS klubuna azad agent kimi qoşulub.
"Bu, xüsusi və həyəcanverici fürsətdir ki, ondan istifadə etməkdən çox xoşbəxtəm. “İnter Mayami”dəki karyeramda növbəti addımı səbirsizliklə gözləyirəm", - Buskets şərh edib.
Buskets 2008-ci ildən “Barselona”nın heyətində çıxış edib və o vaxtdan klubda 722 oyun keçirib. Kataloniyalılarla doqquz dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə Kubokunu və Superkubokunu qazanıb, üç dəfə Çempionlar Liqasının qalibi olub. 2022/2023 mövsümünün sonunda komandanı tərk edib.
Facebook-da paylaş