Karyerasını bitirən ispaniyalı futbolçu La Liqanın rekordunu təkrarlayıb
İspaniyanın "Betis" klubunun futbolçusu Xoakin Sançes karyerasının son oyununda La Liqanın rekordunu təkrarlayıb.
BrendSport.az xəbər verir ki, 42 yaşlı yarımmüdafiəçi buna "Valensiya" ilə 1:1 hesablı heç-heçə etdikləri matçda meydana çıxmaqla nail olub.
Təcrübəli oyunçu yerli çempionatda 622-ci görüşünü keçirib. O, bu göstəricidə "Barselona"nın sabiq qapıçısı Andoni Subisarretaya çatıb. İlk "3-lüy"ü hazırda "Atletik"in (Bilbao) uğurları üçün çalışan Raul Qarsiya (589) tamamlayır.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ölkəsində "Valensiya" və "Malaqa"nın da formasını geyinib.
Facebook-da paylaş