Əsas Səhifə > Maraq > Karyerasını bitirən ispaniyalı futbolçu La Liqanın rekordunu təkrarlayıb

Karyerasını bitirən ispaniyalı futbolçu La Liqanın rekordunu təkrarlayıb


5-06-2023, 12:30


İspaniyanın "Betis" klubunun futbolçusu Xoakin Sançes karyerasının son oyununda La Liqanın rekordunu təkrarlayıb.

BrendSport.az
xəbər verir ki, 42 yaşlı yarımmüdafiəçi buna "Valensiya" ilə 1:1 hesablı heç-heçə etdikləri matçda meydana çıxmaqla nail olub.

Təcrübəli oyunçu yerli çempionatda 622-ci görüşünü keçirib. O, bu göstəricidə "Barselona"nın sabiq qapıçısı Andoni Subisarretaya çatıb. İlk "3-lüy"ü hazırda "Atletik"in (Bilbao) uğurları üçün çalışan Raul Qarsiya (589) tamamlayır.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ölkəsində "Valensiya" və "Malaqa"nın da formasını geyinib.
Geri qayıt