Səudiyyə Ərəbistanı klubları Messi, Modriç və Benzemanı heyətlərinə qatmaq istəyirlər
Səudiyyə Ərəbistanı hökuməti yerli futbol çempionatına ciddi investisiya qoymağı planlaşdırır.
BrendSport.az xəbər verir ki, bu barədə “Footmercato” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölkə rəhbərliyi çempionatda ilk dördlükdə yer alan klubların hər birinin öz super ulduzunun olmasını istəyir. “Əl-Nəsr”də artıq portuqaliyalı hücumçu Kriştiano Ronaldo çıxış edir. “Əl-Hilal”, “Əl-İttihad” və “Əl-Əhli”nin də güclənməyə ehtiyacı var.
“Əl-Hilal” klubu PSJ-nin hücumçusu Lionel Messi ilə maraqlanır. Klub ona İspaniyanın “Barselona” komandasından qat-qat yaxşı müqavilə təklif etmək istəyir.
“Əl Əhli” “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriçi transfer etməyə hazırlaşır. Lakin o, “kral klubu” ilə müqaviləsini 2024-cü ilədək uzatmağa hazırlaşır.
“Real Madrid”in hücumçusu Kərim Benzema isə “Əl İttihad”a keçə bilər. Fransız futbolçu artıq Səudiyyə Ərəbistanı komandasının rəhbərliyi ilə müqavilənin şərtlərini müzakirə edib. Lakin oraya köçmək təklifini rədd edib.
Facebook-da paylaş