Azərbaycan ilk dəfə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək
BrendSport.az xəbər verir ki , Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış 6-7 mayda Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.
Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa və Portuqaliya da daxil olmaqla 20 ölkədən 300-ə yaxın idmançı iştirak edəcək.
Avropa Kuboku Azərbaycan regionlarında təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Turnirin təşkili cüdonun Azərbaycanın regionlarında kütləviləşdirilməsi, həmçinin, uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək.
Eyni zamanda, turnirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması onun Azərbaycanın güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyi göstərir.
Qeyd edək ki, ACF növbəti illərdə də Avropa Kubokunun Azərbaycanda ənənəvi şəkildə təşkil edilməsi ilə bağlı EJU ilə əməkdaşlığa davam edəcək.
Facebook-da paylaş