Gimnastımız rus iş adamı ilə ailə qurdu - FOTOLAR
Dünya çempionu, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayevanın toyu olub.
Toy Fransanın Sainte-Agnès şəhərində keçirilib. İdmançı rusiyalı iş adamı Nikolay Kondratyukla nikah masasına oturub.
Lazur sahilində baş tutan toydan fotoları Samirə İnstaqram səhifəsində paylaşıb.
O, fotolara "Ailəm yanımda, xəyallarımdakı toy! Səni sevirəm, Nika. Xoşbəxtəm” sözlərini yazıb.
axşam.az
Facebook-da paylaş