Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İslandiya millisində seks qadağası ləğv edildi - FOTOLAR



Dünən dünya çempionatının qrup mərhələsi çərçivəsində Nigeriya ilə qarşılaşan İslandiya millisində qoyulmuş seks qadağası bu görüşdən öncə ləğv edilib.

Bu qərar yalnız həyat yoldaşı olan futbolçulara şamil edilib və evli olmayan futbolçulara qoyulmuş seks qadağası qüvvədə qalıb.



Millinin baş məşqçisi Heymir Hallqrimsson dünya çempionatının startından öncə futbolçularına seks qadağası qoyması iddialarını təkzib edib. Çalışdırıcı bildirib ki, belə bir yasaq qoyulmayıb və futbolçular həyat yoldaşları yanlarında olduğu müddətdə sekslə məşğul ola bilər. Amma Nigeriya ilə oyuna qədər futbolçu xanımları Rusiyaya gəlmədiyindən belə başa düşüldüyünü bildirib.



Nigeriya matçından əvvəl mətbuata açıqlama verən "Kardiff"in yarımmüdafiəçisi Aron Qunnarsson seks qadağası ilə bağlı suala zarafatla cavab verib: "Bu an üçün hə, qadağa var". Onun həyat yoldaşı artıq Rusiyaya çatıb.



Qeyd edək ki, İslandiya millisi "DÇ-2018"in ilk oyununda Argentina ilə "sülh" bağlayıb (1:1), dünən isə Nigeriyaya uduzub (0:2).


Facebook-da paylaş

Xəbəri paylaş