Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Seks: Almaniya və Braziliya yığması...



Almaniya millisində Yoahim Löv dünya çempionatı ərəfəsində futbolçulara cinsi əlaqə ilə məşğul olmaq qadağası qoyub. Braziliyalılar isə həmişəki kimi bu mövzuda almanlarla müqayisədə daha liberaldılar. Cənubi amerikalıların fikrincə, seksin idmandakı performansa müsbət təsiri var.

Həkimlərin tədqiqatlarının nəticəsində baş məşqçi Tite bu metoda üstünlük vermək qərarına gəlib. “Seks təbii bir şeydi. Onlar gəncdilər, sağlam insanlardılar. İstirahət günlərində dünya çempionatının üzərlərində yaratdığı təzyiqdən yaxa qurtarmaq, rahatlamaq üçün cinsi əlaqə ilə məşğul ola bilərlər. Bizim üçün bu, problem yaratmır” – deyə, həkimlərdən Rodriqo Lasmar bildirib.

Buna baxmayaraq, futbolçuların həyat yoldaşlarının və sevgililərinin ziyarətləri zamanı heyət üzvlərinin cinsi fəaliyyətlərinə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Qeyd edək ki, braziliyalı futbolçuların cinsi əlaqə ilə məşğul olması üçün xüsusi günlər və xüsusi məkanlar ayrılacaq.

Almanların, yoxsa braziliyalıların metodunun daha uğurlu olduğunu isə zaman göstərəcək.


Facebook-da paylaş

Xəbəri paylaş