Türkiyədə 3 idman adamı deputatlığa namizəd oldu
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 24 iyunda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərini açıqlayıb.
Siyahıda 3 məşhur idmançının da adı yer alıb. Bunlardan biri yenicə karyerasını bitirən motosikletçi Kənan Sofuoğludu. O, Sakaryadan namizəd olacaq və 3-cü sırada yer alacaq.
Güləşçi Səlcuk Çəbinin namizədliyi Trabzondan irəli sürülüb. Veteran idmançı namizədlər siyasının 6-cı pilləsində yer alıb
Türkiyə millisinin sabiq üzvü, "Beşiktaş", "Fənərbaxça", "Aston Villa" və "Köln" kimi klublarda çıxış etmiş Alpay Özalan da seçkiyə qatılacaq. Veteran futbolçu İzmirdən namizəd olacan və 2-ci sırada yer alıb.
Facebook-da paylaş