“Dinamo” azarkeşləri Mahir Emreliyə görə rəhbərlikdən narazıdırlar
Xorvatiya “Dinamo”sunun azarkeşləri azərbaycanlı futbolçu Mahir Emreliyə görə klub rəhbərliyindən narazıdırlar.
BrendSport.az “index.hr”ya istinadən xəbər verir ki, onlar yay fasiləsində heyətə cəlb olunan ön xətt oyunçularının ümidləri doğrultmadıqlarını düşünürlər.
Fanatlar xüsusən də Sergey Yakiroviçin planlarına daxil olmayan Emrelinin əvəzinə mövsümün əvvəlində daha güclü hücumçu alına biləcəyini qeyd ediblər.
Nəşr isə azərbaycanlı forvardın az oyun şansı qazanmasına baxmayaraq, meydanda olduğu müddətdə keyfiyyətli iş ortaya qoyduğunu yazıb: “O, son 9 oyuna ehtiyatdan başlayıb, bunun 3-də meydana çıxmayıb. Az oynamaq imkanı qazansa da, qollarda birbaşa iştirak edə bilir və daha effektli olur”.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm “Dinamo”nun heyətində ümumilikdə 22 oyun keçirib, 5 qol vurub, 5 məhsuldar ötürmə verib.
Facebook-da paylaş