Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldodan sonra digər ulduzlar da zəlzələ kampaniyasına qoşuldu



Türkiyə yığmasının üzvü Merih Demiralın zəlzələ qurbanları üçün satışa çıxardığı Bonucci, Dybala və Ronaldo formalarından 5 milyon lirə (451 min AZN) yığılıb.

BrendSport.az
xəbər verir ki, Merihin başlatdığı kampaniyaya Morata, Qrizmann, Harri Keyn, Kevin de Bruyne və Haaland da qoşulub.

İlk olaraq Kriştiano Ronaldonun formasını sataraq kampaniyaya başlayan Merih dünyaca məşhur ulduzlardan bəzilərini də aksiyaya cəlb edə bilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb. Təbii fəlakət zamanı 72 879 nəfər isə yaralanıb.


Facebook-da paylaş

Xəbəri paylaş