Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AKAF-IN QARABAĞDA TƏŞKİL ETDİYİ YARIŞ İKİNCİ DƏFƏ ƏN YAXŞI SEÇİLDİ



“Sportman” jurnalının təşkil etdiyi ənənəvi “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı qaliblərinin adları açıqlanıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı laureatları sırasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası da yer alıb. AKAF-ın 2022-ci il 6-7 may tarixlərində işğaldan azad edilmiş Suqovuşanda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr etdiyi beynəlxalq reqata ilin ən yaxşı idman yarışı adına layiq görülüb.

Xatırladaq ki, mükafatçılara Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyasiyaları Assosiasiyası, "Sportsman" jurnalı, "Scallezioni" kişi geyimləri, "İydə" parfum, "Bambi Yatak", "Ofisdə Dizayn", "Global Human Resource Solutions", "Öz Gədəbəy mineral suları" və BrendSport.az saytı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.


Facebook-da paylaş

Xəbəri paylaş