Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər və idman naziri Olimpiya İdman komplekslərinin direktorları ilə görüşüb



BrendSport.az saytı xəbər verir ki, görüşdə Olimpiya İdman komplekslərinin qarşılaşdıqları çətinliklərin həlli yolları və onların fəaliyyətlərinin təkmilləşdirilməsi məsələlərindən danışılıb. Tədbirdə, həmçinin Olimpiya İdman kompleksləri, uşaq-gənclər idman məktəbləri və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti sayəsində idmanda kütləviliyin artırılması istiqamətində görülən işlər, inkişaf etdirilən idman növlərinin sayının artırılması da müzakirə olunub. Söhbət zamanı ilin bütün fəsillərində komplekslərin fasiləsiz və səmərəli işini təmin etməyin vacibliyi vurğulanıb.

Olimpiya İdman komplekslərinin idarə edilməsində yeni yanaşmaya ehtiyac olduğunu diqqətə çatdıran Fərid Qayıbov bildirib ki, bu qurğuların səmərəli fəaliyyətini təmin etmək nazirliyin əsas məqsədlərindən biridir.


Facebook-da paylaş

Xəbəri paylaş