Fəxri adlar və digər dövlət mükafatları təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan mütəxəssisləri daim diqqətdə saxlayır, bu sahədə fərqlənənləri mütəmadi olaraq, fəxri adlar və digər dövlət mükafatları təltif edir.
BrendSpoet.az saytı xəbər verir ki, bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il imzaladığı müxtəlif sərəncamlarla təltif edilmiş bir qrup şəxsə dövlət mükafatlarını təqdim edib.
Tədbirdə əvvəlcə, dövlətimizin başçısının sərəncamına əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə təltif edilmiş 1 nəfərə “Şöhrət” ordeni, 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün müvafiq sənədi, 7 nəfərə “Tərəqqi” medalı, 8 nəfərə Əməkdar müəllim, 5 nəfərə isə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adının vəsiqəsi və döş nişanı təqdim edilib.
Həmçinin, Azərbaycan Respubıikası Prezidentinin müxtəlif Sərəncamları ilə təltif edilmiş şəxslərə “Şöhrət” və “Şərəf” ordenləri, 3 nəfərə “Tərəqqi” medalı, 4 nəfərə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilib.
Facebook-da paylaş