"Qarabağ"ın rəqibi müəyyənləşdi
Bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.
Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi 2-cü təsnifat mərhələsi üçün Sloveniyanın "Olimpiya" klubu ilə mübarizə aparacaq.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
I qrup
“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)
“Torpedo” (Kutaisi, Gürcüstan) - “Şerif” (Moldova)
“Şkendiya” (Makedoniya) - TNS (Uels)
“Suduva” (Litva) - APOEL (Kipr)
“Düdelanj” (Lüksemburq) - “Videoton” (Macarıstan)
Facebook-da paylaş