Əsas Səhifə > Manşet / Ölkə idmanı > "Qarabağ"ın rəqibi müəyyənləşdi
"Qarabağ"ın rəqibi müəyyənləşdi19-06-2018, 14:42 |
Bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib. Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib. Ağdam təmsilçisi 2-cü təsnifat mərhələsi üçün Sloveniyanın "Olimpiya" klubu ilə mübarizə aparacaq. Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək. Çempionlar Liqası I təsnifat mərhələsi I qrup “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) “Torpedo” (Kutaisi, Gürcüstan) - “Şerif” (Moldova) “Şkendiya” (Makedoniya) - TNS (Uels) “Suduva” (Litva) - APOEL (Kipr) “Düdelanj” (Lüksemburq) - “Videoton” (Macarıstan) Geri qayıt |