Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Qayıbov: Beynəlxalq yarışların işğaldan azad olunmuş ərazilərdə təşkili sevindirici haldır



Böyük velosiped yarışı yenidən Azərbaycana qayıtdı.

BrendSport.az
xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının sonuncu - V mərhələsindən sonra təşkil olunan brifinqdə deyib.

O bildirib ki, bu cür yarışların işğaldan azad olunmuş ərazilərdə təşkili sevindirici haldır: "Hazırda xüsusi hisslər yaşayırıq. Bildiyiniz kimi, Bakı dünyanın idman paytaxtı seçilib. Bununla bağlı bu il şəhərimiz cüdo, voleybol və sumo kimi böyük beynəlxalq yarışlara ev sahibliyi edəcək. Həmçinin də "Bakı-Xankəndi" veloyürüşü baş tutdu. Turnirdə yerli gənc velosipedçilərimiz də mübarizə aparırdılar. İnanıram ki, onlar gələcək yarışlarda daha uğurlu olacaqlar".

"Həqiqətən də bu yarışı təşkil etmək asan iş deyil. Hava şəraiti ilə yanaşı, yollar da yaxşı olmalıdır. Buna görə təşkilatçılara təşəkkür edirəm", - deyə nazir əlavə edib.

Qeyd edək ki, "Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ilk mərhələsində Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələdə isə müvafiq olaraq, Qazaxıstanın "XDS Astana" komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa 1-ci yeri tutublar. İtaliyanın "Bardiani" komandasının üzvü Marko Manenti IV etapın qalibi olub. Sonuncu – V mərhələdə finişə İspaniyanın "Burqos" komandasının Yeni Zelandiyadan olan üzvü Coş Barnett birinci çatıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb.


Facebook-da paylaş

Xəbəri paylaş