Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Qayıbov Avropa Gimnastikasının konqresində xüsusi medal və mükafata layiq görülüb


Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastikasının 30-cu yubiley konqresi keçirilib.

BrendSport.az
xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov təşkilatın prezidenti olaraq konqresə sədrlik edib.

Konqresdə bir sıra hesabatlar, eləcə də təşkilatın yenilənmiş Əsasnaməsi təsdiq edilib, yeni fəxri üzvlər qəbul olunub. Bundan başqa, təşkilatın 2025-ci il Konqresinin noyabrın 28-29-da Çexiyanın paytaxtı Praqada keçirilməsi qərara alınıb.

Tədbirdə F. Qayıbov bolqarıstanlı həmkarı Dimitar Lievə və Sofiya şəhərinin meri Vasil Terziyevə Avropa Gimnastikasının fəxri medallarını təqdim edib. Həmçinin nazir Litva Olimpiya Komitəsinin xüsusi medalı və Avropa Atletikası ilə əməkdaşlığa görə həmin təşkilatın xüsusi mükafatı ilə təltif edilib.


Facebook-da paylaş

Xəbəri paylaş