Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan hakimləri Avropa Gimnastikasının fəxri hakimi adına layiq görülüblər

Azərbaycan hakimləri Avropa Gimnastikasının fəxri hakimi adına layiq görülüblər


Gimnastika növləri üzrə ixtisaslaşmış bir sıra Azərbaycan hakimi Avropa Gimnastikasının fəxri hakimi adına layiq görülüb.

BrendSport.az
Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Avropa Gimnastikasının fəxri ada layiq görülmüş hakimləri arasında bədii gimnastika, kişi idman gimnastikası və tamblinq üzrə təmsilçilərimiz də yer alıblar. Bunlar bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Natalya Bulanova, kişi idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadədir.
Fəxri hakim mükafatı ideyasını Avropa Gimnastikası ötən il irəli sürüb. Bu mükafat ən azı üç Olimpiya dövrü ərzində Avropa Gimnastikasının yarışlarında uğur qazanılmasına töhfə vermiş hakimlər üçün nəzərdə tutulub.
Fəxri ada layiq görülmüş bütün şəxslərə diplom və döş nişanları təqdim olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş