Bayram günləri uşaqlar üçün maraqlı və əyləncəli olub
Daun sindromlu və autizmli uşaqlar üçün xeyriyyə tədbiri keçirildi
Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalı, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə fiziki məhdidiyyətli gənclərimizə, eyni zamanda daun sindromlu və autizmli uşaq və gənclərimizə də dəstək olunmasının tərəfdarı olmuşdur. Ona görə də bu gün Azərbaycanda uşaq və gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Onlar da bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin aparıcı simalarına çevrilirlər.
Ölkə rəhbərliyinin qayğıya ehtiyacı olan uşaqlara dəstiyini yüksək qiymətləndirən BrendSport.az saytı da bu missiyaya öz töhfəsini verməyə çalışır.
Belə ki, 28-29 iyun tarixlərində BrendSpor.az saytının və “Osmanlı” Xüsusi Yaşam Mərkəzinin təşkilatçılığı, eyni zamanda “Soel Parfum”, əfsanəvi “Moskva” konfetləri və “Natural Halı Outlet”in baş sponsorluğu ilə Qurban bayramına özəl olaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman festivalı çərçivəsində daun sindromlu və autizmli uşaqlar üçün iki günlük bayram şənliyi və boulinq idman növü üzrə yarış keçirilib.
Maraqlı və gərgin keçən yarışda uşaqlar əyləncəli anlar yaşayıb. Sonda güclülər öz sözlərini deyiblər.
Böyük yaş qrupunda 1-ci yerə Amin Hacıyev, 2-ci yerə Rza Bayramov, 3-cü yerə isə Xaqan Əliyev və Mücahid Əliyev layiq görülüblər.
Aşağı yaş qrupunda 1-ci yeri Mirfərid Ağayev, 2-ci yeri Murad Ağamalıyev, 3-cü yeri isə Əli Əliyev və Əli Həmzəzadə tutblar.
Sonda yarışın qaliblərinə və şənlikdə iştirak edən bütün uşaqlara baş sponsorlar və sponsorlar tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Bir daha qeyd edək ki, təbdbirə baş sponsorluğu “Soel Parfum”, əfsanəvi “Moskva” konfetləri və “Natural Halı Outlet”, sponsorluğu isə İtaliyanın kişi geyimləri üzrə məşhur brendi “Scallezioni”, “Araz” supermarketlər şəbəkəsi, “Bon Appetit” şirniyyat mağazalar şəbəkəsi, “Berg Tea”, “HARİKA” meyvə şirələri, “Sladena” şirniyyatları, Heydər Əliyev mərkəzinin yanında yerləşən “Həyat aptek”, “Bizon energy” və “Dalğa” suları ediblər.
Facebook-da paylaş