Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xeyirxahlıq missiyası davam edir



Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalı, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir.
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər.
Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Bir də ki, gənclik də əbədi deyil, keçəridir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir.
Bu siyasətə hər zaman öz töhfəsini verməyə çalışan, ölkəmizdə gənclər siyasətini və idmanı diqqətdə saxlayan BrendSport.az saytı öz missiyasını davam etdirir.
Belə ki, bu günlərdə BrendSpor.az saytının təşəbbüsü, Atrium İdman və Əyləncə Mərkəzinin təşkilatçılığı və baş sponsorluğu ilə ehtiyacı olan ailələr, daun və auzimli sindromlu uşaqlar üçün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram şənliyi keçirir. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılar var qüvvələri ilə çalışırlar.
Qeyd edək ki, Atrium İdman və Əyləncə Mərkəzinin Təşkilatçılığı və baş sponsorluğu ilə keçirilən bayram şənliyində "Natural Hali" mağazalar şəbəkəsi, "Soel parfum", "Patron", "Vita1000", "PAKHLAVA BOUTİQUE", "Gülüstan Limonadları" , "Murad Agro MMC" və "Şeh Su" şirkətləri də uşaqların sevincinə şərik olacaq və onlara dəyərli hədiyyələr verəcək.
Tədbirdə "Osmanlı yaşam mərkəzi"də iştirak edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş