Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqasında “Dördlər finalı” start götürür

Çempionlar Liqasında  “Dördlər finalı” start götürür

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında voleybol üzrə Çempionlar Liqası yarışlarının “Dördlər finalı”na start veriləcək.

Paytaxtın “Polivalenta” idman sarayında təşkil olunacaq yarışın təqviminə əsasən, Bakı vaxtı ilə saat 17:00-da meydana ilk yarımfinal cütlüyü çıxacaq. İstanbulun “Vakıfbank” komandası İtaliyanın “Konelyano” kollektivini sınağa çəkəcək.

Günün digər yarımfinal qarşılaşması isə meydan sahibləri “Alba Blaj” və İstanbulun digər təmsilçisi “Qalatasaray” kollektivləri arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Hər iki yarımfinal cütlüyünün qalibi “Dördlər finalı”nın sabah təşkil olunacaq final oyununa vəsiqə qazanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş