Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilir

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilir

25 Fevral 2013-cü ildə respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilir.

BrendSport.az saytının Gənclər Şöbəsi
xəbər verir ki, aşağı (VIII, IX sinif) və yuxarı (X, XI sinif) yaş qrupları üzrə keçirilən yarımfinal mərhələsi respublikanın 19 şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Ucar, İmişli, Bərdə, Tovuz, Şəmkir, Quba, Xaçmaz, Zaqatala, Şəki, Şirvan və Salyanda ümumilikdə 27 binada təşkil olunub. Prosesə 27 ümumi rəhbər, 100-dən çox nümayəndə, 400-dən çox otaq nəzarətçisi, tibb və buraxılış rejimi əməkdaşları (mühafizə) cəlb olunub.
Fənn olimpiadalarında iştirak üçün 45 mindən çox ərizə daxil olub və 9 mindən çox şagird yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edəcək. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir.
Fevralın 27-dən etibarən cavab kartlarının emalı aparılacaq. Nəticələrin martın 7-dək elan edilməsi nəzərdə tutulur. Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.az platformasında şəxsi kabinetlərə yerləşdiriləcək, eyni zamanda, şagirdlərin təhsil aldıqları ümumtəhsil müəssisələri ilə paylaşılacaq.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.


Facebook-da paylaş

Xəbəri paylaş