Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Aprelin 26-da VI Respublika fənn müsabiqələrində şagirdlər riyaziyyat və informatikadan imtahan verəcəklər

Aprelin 26-da VI Respublika fənn müsabiqələrində şagirdlər riyaziyyat və informatikadan imtahan verəcəklər

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.
Bu barədə BrendSport.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 26-da VI siniflər riyaziyyat və informatikadan, aprelin 27-də isə VII siniflər fizika, kimya və biologiyadan imtahan verəcəklər.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.


Facebook-da paylaş

Xəbəri paylaş