Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc Sahibkarların II Forumu keçirilib



Dekabrın 10-da Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Gənc Sahibkarların II Forumu keçirilib.

BrendSport.az
saytının Gənclər şöbəsi xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov çıxış ediblər.

Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrdə Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, KOBİA-nın, Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Gənclər Fondunun məsul əməkdaşları təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.





Facebook-da paylaş

Xəbəri paylaş