Şəhid ailələrinə diqqət və qayğı hamımızın borcudur . Foto
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin nəticəsidir ki, 44 günlük Vətən savaşında dövlət-xalq-ordu birliyinin bəhrəsini bütün dünya gördü. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır.
Yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında xalq-ordu birliyi dayanır.
Bir çox mətbu orqan kimi, BrendSport.az saytı da Tovuz hadisələrindən baslayaraq 44 günlük Vətən savaşının son gününə qədər "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyası həyata keçirmişdir.
Hət zaman gənclərə və idmana dəstək olmağı qarşısına məqsəd qoyan saytımız daim dövlət-xalq-ordu birliyinin yanında olmağa çalışmış və bu missiyanı bundan sonra da davam etdirəcəyik.
Dövlət başçısı cənab prezident İlham Əliyevin və birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın apardığı siyasəti hər zaman dəstəkləmişik və işimizi bu yöndə davam etdirik.
BrendSport.az saytı olaraq şəhid ailələri ilə görüşümüz artıq ənənə halını alıb. Bu günlərdə əməkdaşlaırmız Beyləqan rayonunda yaşayan 15 şəhid ailəsi ilə görüşüblər.
Görüşdə bizimlə bərabər "Həyat aptek"in rəhbəri Rəhim Axundov, "Ali motors" şirkətinin rəhbəri Hüseynəli Abbaslı, 44 günlük Vətən savaşında hər zaman yanımızda olan və öz dəstəyini əsirgəməyən təşkilatçı-jurnalist Sevda Zülfüqarlı və polkovnik-leytenant Seymur Həbibullayev də iştirak edib.
Görüşdə şəhid ailələri qayğı və istəkləri dinlənilib, onlara bundan sonra da dəstək olmağa çalışacqları çatdırılıb. Şəhid ailələri də öz növbələrində dövlətin onlara göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də ayrı-ayrı təşkilatlara və insanlara minnətdarlıqlarını bildiriblər.
Bu səfərdə bizimlə birlikdə iştirak edən hərbi qulluqçulara və şirkətlərə - "Həyat aptek"in rəhbəri Rəhim Axundova, "Ali motors" şirkətinin rəhbəri Huseyinəli Abbaslı və "İslamoğlu un məmulatları"nın rəhbəri Azər İslamzadə göstərdikləri dəstəyə öz təşəkkürümüzü bildiririk.
Sonda bu xeyirxah təşəbbüsümüzə digər şirkət və təşkilatları da qoşulmağa dəvət edirik.
Ailələrlə görüşdən fotoları sizə təqdim edirik.
Qeyd edək ki, polkovnik-leytenant Seymur Həbibullayevin təşkilatçılığı ilə Beyləqan rayonunda yaradılmış Həzi Aslanovun abidəsini və eyniadlı parkı ziyarət edən əməkdaşlarımız bu səfərdən xoş təəssuratla qayıdıblar .
Bəhruz Rəcəb oğlu Səmədov
Facebook-da paylaş