Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



SARSILMAZ DOSTLUĞUN QƏLƏBƏSİ

SARSILMAZ DOSTLUĞUN QƏLƏBƏSİ

Uzun illərdən bəri davam edən, Azərbaycan-Türkiyə qardaşlığı tarixin hər dönəmində özünü doğrultmaqla, Ulu Öndər Heydər Əliyevin təbirincə desək: ,, İki dövlət, bir millət" birliyinin sarsılmazlığını özündə ehtiva etmişdir.
Bir əsr bundan qabaq Azərbaycanda baş vermiş siyasi gərginliyin yenidən təkrarlandığı bir dövrdə, 44 günlük Vətən müharibəsinin başlandığı ərəfədə qardaş Türkiyənin Azərbaycanın yanında olması çox qürurverici olduğunu özünü bariz şəkildə göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan möhtərəm İlham Əliyevin qətiyyətli addımı nəticəsində xalqımız 30 illik həsrətə son qoydu.
Qardaş Türkiyə Cümuhirriyətinin bir çox sahələrdə Azərbayacana olan dəstəyi , strateji-hərbi sahədə də həmişə ön planda yer almışdır.
44 günlük Vətən müharibəsi zamanı Türkiyənin xalqımızın yanında olması, erməni separatçılarının işğal olunmuş torpaqlarımızdan qovulmasına güclü təkan yaratdı.
Türkiyə Cümhuriyyət başqanı Rəcəb Tayyib Ərdoğanın Azərbacana gəlişi, hərbi paradda iştirak etməsi, bir daha sübut etdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır.
Azərbaycan-Türkiyə bayraqlarının bir yerdə dalğalaması, hərbi texnikalarının nümayiş olunması iki qardaş respublikanın bütün dünyaya göstərdiyi sarsılmaz gücün qüdrərindən xəbər verir.



Hər iki qardaş xalqın arzusu bu yenilməyən birliyi sona kimi davam etdirmək, torpaqlarımıza göz dikən düşmənlərin layiqli cavabıbı verməkdən ibarətdir.
Qarabağın erməni separatçılarından təmizlənməsi məhz Türkiyənin siyasi mövqeyinin ən başlıca amillərindən biri kimi təzahür olunur.
Ölkə Prezidenti Cənab İlham Əliyevin düşmənə qarşı olan amansız və sərt tədbirləri xalqımıza qələbə sevincini bəxş elədi.
Hazırda işğaldan azad olunmuş torpaqlarınızda yeni quruculuq işləri davam edir.
Hər iki qardaş xalqı düşmən üzərində qazandığımız qələbə münasibətilə təbrik edir, Azərbaycan-Türkiyə birliyinin əbədi olmasını arzulayıram!



10.04 2021
Köşə yazarı :- Yeganə Bağırova


Facebook-da paylaş

Xəbəri paylaş