Suraxanı Rayon Gənclər və İdman İdarəsi “Aprel-2016-Azərbaycan əsgərinin zəfər yürüşü” adlı tədbir keçirilmişdir
BrendSport.az saytının Gənclər bölümü xəbər verir ki, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayonu 279 nömrəli tam orta məktəbdə “Aprel-2016-Azərbaycan əsgərinin zəfər yürüşü” adlı tədbir keçirilmişdir. Tədbirdə aprel qaziləri kapitan Elnur Əmirov, Baş leytenan Loğman Məmmədov, gizir Elməddin Ağayev, birinci Qarabağ müharibəsinin iştirakçıları, Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranlar və Şəhid Ailələri ictimai birliyinin Suraxanı rayon şöbəsinin sədri Oqtay Əliyev və Qarabağ Müharibəsi Veteranlar Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov iştirak etmişdirlər. Tədbirdə məktəb şagirdlərinin dörd günlük müharibəyə həsr olunmuş qısametrajlı filmi nümayiş olunmuş, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilmişdir. Daha sonra rayon Gənclər və İdman idarəsinin rəisi Amil Bağırov qonaqları tədbir iştirakçılarına təqdim edərək, çıxış etmişdir. Aprel qaziləri və digər qonaqlar çıxış edərək uzun sürən fasilədən sonra Azərbaycan əsgərinin qısa zaman kəsiyində sürətli əməliyyat keçirərək işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsinin geri alınması epizodları üzrə məktəbliliərə geniş məlumat vermişdirlər.
Facebook-da paylaş