Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı



Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.

BrendSport.az xəbər verir ki , Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, müəllifi Mariya İbrahimova olan "Uçmaq istəyirəm" (I want to fly) filmi "İtaliya-Azərbaycan" beynəlxalq film festivalında nümayiş olunub.

Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq.

Filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.

Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.


Facebook-da paylaş

Xəbəri paylaş