Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paytaxt məktəblərində bir sıra vəzifələr üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

BrendSport.az
saytının "Gənclər" şöbəsi xəbər verir ki, qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Müsahibə mərhələsində namizədlərin peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır.

Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş