Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olundu
Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunub.
BrendSport.az saytının Gənclər Şobəsi xəbər verir ki, bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman deyib.
O bildirib ki, yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur:
"Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır".
Facebook-da paylaş