İmtahanlarda 600-dən çox bal toplayan bəzi abituriyentlər niyə tələbə adını qazana bilmədilər?

BrendSport.az saytının "Gənclər" şöbəsi xəbər verir ki, bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra ən çox müzakirə olunan məqamlardan biri 600-dən yuxarı bal toplayan bəzi abituriyentlərin tələbə adını qazana bilməmələri oldu.
Mütəxəssislər bildirirlər ki, üçüncü ixtisas qrupunda ballar ötən illərlə müqayisədə kəskin yüksəlib. Dördüncü qrupda isə bu hal daha çox olub. Bəzi abituriyentlərin tələbə adını qazana bilməmələrinə əsas səbəb isə onların və valideynlərinin yalnız əvvəlki illərdə formalaşmış keçid ballarına əsasən ixtisas seçimi etməsidir.
Facebook-da paylaş
