Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin (subbakalavrların) nəzərinə



Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 18-dən 22-dək (saat 23:59-dək) link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

BrendSport.az
saytının "Gənclər" şöbəsi xəbər verir ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı azı 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər(subbakalavrlar) iştirak edə bilərlər.

DİM hazırda müsabiqə şərtlərini ödəməyən, lakin qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən və I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olacaq abituriyentlərin nəzərinə çatdırır ki, qabiliyyət imtahanının nəticəsindən asılı olmayaraq onlar ixtisas seçiminə buraxılmayacaq və qabiliyyət imtahanı üçün ödəniş haqqı (varsa) geri qaytarılmayacaq.

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər (subbakalavrlar) məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2025-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət/memarlıq” adlı xüsusi buraxılışında verilib.


Facebook-da paylaş

Xəbəri paylaş