Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



GORANBOYDA "GƏNCLƏR DÜŞƏRGƏSİ" KEÇİRİLİB



BrendSport.az saytının “Gənclər” şöbəsi xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Goranboy Olimpiya İdman Kompleksində "Gənclər düşərgəsi" keçirilib.

Region gənclərinin şəbəkələşməsi, yeni bilik və bacarıqlara yiyələnməsi, eləcə də “Konstitusiya və Suverenlik İli”nin təbliği məqsədilə təşkil olunan düşərgədə iştirakçılar müxtəlif qruplara bölünərək intellektual oyunlar, təlimlər, idman yarışları və əyləncəli fəaliyyətlərə cəlb olunublar. Proqram çərçivəsində “Nə?, Harada?, Nə zaman?”, “Xəmsə” və “Axtar tap” kimi intellektual oyunlarda, “Karyera planlaması”, “Zamanın idarə olunması” mövzularında təlimlərdə və bir sıra fəaliyyətlərdə iştirak ediblər.







Facebook-da paylaş

Xəbəri paylaş