Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq olimpiadada 1-ci yeri qazanıb
Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Şamil Fərzəlizadə Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universiteti tərəfindən keçirilən II beynəlxalq kimya olimpiadasında 1-ci yeri əldə edib.
BrendSport.az portalının Gənclər şobəsi xəbər verir ki, Türkmənistanın 19 ali təhsil müəssisəsindən 169 tələbə və 23 xarici ölkənin 57 ali məktəbindən 371 tələbənin iştirak etdiyi olimpiadada yarışlar 2 kateqoriya üzrə keçirilib. BANM-in tələbəsi olimpiadanın B kateqoriyasında qalib olub.
Facebook-da paylaş