Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın bədii gimnastika yığmasının məşqçiləri İspaniyada kursa qatılıblar


Noyabrın 12-də Marbella şəhərində Avropa Gimnastikasının Texniki Komitəsinin İspaniya Gimnastika Federasiyası ilə əməkdaşlığı çərçivəsində bədii gimnastika üzrə məşqçilik kurslarına start verilib.

BrendSport.az
xəbər verir ki, “Fərdi gimnastlar və qrup komandaları üçün fiziki və psixoloji hazırlıq” mövzusunda keçirilən kurslarda yığmanın məşqçiləri Səbinə Hacıyeva, Elnarə Hüseynova, Yevgeniya Vilyayeva, Aleksandra Reyş, Svitlana Olefir və Safura Qurbanova iştirak edirlər.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Siyana Vasileva isə kurslarda Azərbaycanı ekspert qismində təmsil edir.

Qeyd edək ki, kurslar noyabrın 17-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş