Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bişkekdə Azərbaycanın da qatıldığı XVII Delfi Oyunlarına start verilib




Qırğızıstanın paytaxtı Bişkekdə gənclər arasında Müstəqil Dövlətlər Birliyinin XVII Delfi Oyunlarına start verilib.

BrendSport.az
xəbər verir ki, Qırğızıstanın ilk dəfə ev sahibliyi etdiyi yarışda Azərbaycanın bir sıra mədəniyyət və incəsənət təhsil müəssisələri də təmsil olunurlar.

Oyunlarda iştirak edən 10-25 yaşarası gənclər xalq, klassik və müasir incəsənətin müxtəlif nominasiyaları üzrə mübarizə aparırlar. Oyunlarda, həmçinin ustad dərsləri, rəsmi və elmi-praktiki tədbirlər keçirilir.

Qeyd edək ki, MDB iştirakçısı olan dövlətlər arasında keçirilən Delfi Oyunları milli mədəniyyətin qorunub saxlanılması və inkişafına kömək edilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, MDB ölkələrinin gənclərinin, yaradıcı ziyalıların və tədris müəssisələrinin əməkdaşlığı məqsədilə təşkil olunur.

Müsabiqədə 600-ə yaxın oğlan və qız 10 nominasiya - fortepiano, skripka, akademik oxuma, solo xalq ifaçılığı, estrada ifaçılığı, xalq rəqsi, nəfəs alətlərində ifaçılıq, təsviri sənət, bədii sənətkarlıq və milli alətlər üzrə məharətini nümayiş etdirəcək. Yarışın nəticələrinə görə qaliblərə xüsusi nominasiyalar veriləcək.

Oyunların açılış mərasimi oktyabrın 7-də baş tutacaq.

MDB ölkələrinin Delfi oyunları 2002-ci ildən bəri keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş