Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



II MDB Oyunları üçün 18 ölkə qeydiyyatdan keçib



Belarusda baş tutacaq II MDB Oyunları üçün 18 ölkədən 2000-dən çox idmançı qeydiyyatdan keçib.

BrendSport.az
xəbər verir ki, bu barədə Belarusun idman naziri Sergey Kovalçuk açıqlamasında bildirib.

O, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olanlarla yanaşı daha 9 ölkənin qeydiyyatdan keçdiyini söyləyib: "Bundan əlavə, Monqolustan, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr də turnirdə təmsil olunacaq. Məncə, iştirakçıların sayı artacaq".

Qeyd edək ki, II MDB Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində gerçəkləşəcək. İdmançılar 20 növdə mübarizə aparacaqlar. I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. Azərbaycan 2025-ci ildəki III MDB Oyunlarına ev sahibliyi edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş