Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İyunun 9-da gənclər və idman naziri Fərid Qayıbov Gənclər Paytaxtı Mingəçevirdə "Gənclərin Sosial Şəbəkə Akademiyası" yay düşərgəsinin iştirakçıları ilə görüşüb.



Görüşdə gənclər sosial şəbəkələrdə faydalı kontentin yaradılması və gənclərin sosial media savadlılığının artırılması istiqamətlərində təşəbbüs və fikirlərini səsləndiriblər.

BrendSport.az
xəbər verir ki, gəncləri dinləyən nazir Fərid Qayıbov onların fəaliyyətləri, təklif və arzuları ilə maraqlanıb, suallarını cavablandırıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Qeyd edək ki, iyunun 8-dən 13-dən Mingəçevirdə davam edəcək yay düşərgəsi Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Düşərgə 18 regiondan 100-ə yaxın aktiv sosial şəbəkə istifadəçilərini əhatə edir.


Facebook-da paylaş

Xəbəri paylaş