Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Beylin agenti ittihamlara cavab verdi

Beylin agenti ittihamlara cavab verdi

“Real”ın futbolçusu Qaret Beylin agenti Conatan Barnett “kral klubu”nun sabiq direktoru Xorxe Valdanoya cavab verib.

Valdano “el klasiko”dan sonra Beyli kəskin tənqid etmişdi. O, uelsli futbolçunun ona görə ödənilən vəsaitə layiq olmadığını bildirmişdi.

Valdano qeyd etmişdi ki, Beyl 5 il ərzində “Real”da ümidləri doğrultmayıb. Conatan isə onun tənqidlərini əsassız sayıb:

“Onun dedikləri tamamilə əsassızdır. Ona görə də, ciddi qəbul edilməməlidir”.

Qeyd edək ki, Uelsli futbolçu 2013-cü ildə “Tottenhem”dən 100 milyon avroya transfer edilib.

Beyl cari mövsümdə 9 oyun keçirib, 3 qol vurub, 2 qol ötürməsi edib.


Facebook-da paylaş

Xəbəri paylaş