Əsas Səhifə > Fotoqalareya > Beylin agenti ittihamlara cavab verdi
Beylin agenti ittihamlara cavab verdi31-10-2018, 08:49 |
“Real”ın futbolçusu Qaret Beylin agenti Conatan Barnett “kral klubu”nun sabiq direktoru Xorxe Valdanoya cavab verib. Valdano “el klasiko”dan sonra Beyli kəskin tənqid etmişdi. O, uelsli futbolçunun ona görə ödənilən vəsaitə layiq olmadığını bildirmişdi. Valdano qeyd etmişdi ki, Beyl 5 il ərzində “Real”da ümidləri doğrultmayıb. Conatan isə onun tənqidlərini əsassız sayıb: “Onun dedikləri tamamilə əsassızdır. Ona görə də, ciddi qəbul edilməməlidir”. Qeyd edək ki, Uelsli futbolçu 2013-cü ildə “Tottenhem”dən 100 milyon avroya transfer edilib. Beyl cari mövsümdə 9 oyun keçirib, 3 qol vurub, 2 qol ötürməsi edib. Geri qayıt |