“Çelsi”də işləmək naminə siqareti tərgit - Baş məşqçiyə ata məsləhəti
Mauritsio Sarri “Çelsi”nin təklifini atasının məsləhəti ilə qəbul edib. Sarri “Çelsi”dən təklif alarkən, atası ona məsələhət görüb ki, mütləq Londona getsin. Bu barədə mütəxəssis özü məlumat verib:
“Atam biləndə ki, “Çelsi”dən təklif almışam, məsləhət gördü ki, mütləq Londona gedim. Çünki bunu düzgün addım hesab edirdi.
Atam hətta mənə dedi ki, “Çelsi”də işləmək naminə siqareti də tərgit. O, yeganə adamdır ki, 5 dəqiqə ərzində mənim tərəddüdlərimə son qoya bilər”.
Sarri həddindən artıq çox siqaret çəkməsi ilə də diqqət mərkəzinə düşüb. Ancaq İngiltərə Premyer Liqasında oyun zamanı stadionda siqaret çəkmək qadağandır. Buna görə də, Mauritsio bu müddətdə siqaretsizliyə dözmək məcburiyyətindədir.
Facebook-da paylaş