Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Astana”nın prezidenti Almeydanın transferindən danışdı

“Astana”nın prezidenti Almeydanın transferindən danışdı

“Almeyda son illər Azərbaycanın ən güclü klubu olan “Qarabağ”ın lideri idi”. Bunu “Astana”nın prezidenti Sayan Xamitcanov deyib.

Klubun rəsmi saytına açıqlama verən Xamitcanov Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın keçidini dəyərləndirib.

O, 29 yaşlı futbolçudan çox şey gözlədiklərini vurğulayıb: “Biz Almeydanı çoxdan izləyirdik. O, “Qarabağ”da keçirdiyi illər ərzində avrokubokların qrup mərhələlərində iştirak edib, beynəlxalq təcrübə toplayıb, həmçinin “Çelsi”, “Atletiko”, “Roma”, “İnter”, “Tottenhem”, “Monako” və “Anderlext” kimi komandalara qarşı oynayıb. Riçard yarımmüdafiənin həm mərkəzində, həm də pleymeyker mövqeyində çıxış edə bilir. Biz də uzun müddət idi belə oyunçu axtarırdıq. Hücumda olduqca effektlidi, nəticəyə birbaşa təsir göstərə bilir, son ötürmə vermək və qol vurmaq bacarığına malikdi. Uzun müddət Azərbaycanda yaşayıb, bu ölkənin həyat tərzinə uyğunlaşıb. Bu üzdən Qazaxıstana uyğunlaşma dönəminin qısa çəkməsini gözləyirik. Həmçinin yeni baş məşqçimiz Roman Qriqorçuk Azərbaycanda çalışdığı üçün onun oyununa yaxından bələddi. Ümid edirəm ki, Almeydanın yüksək individual bacarığı və böyük Avropa təcrübəsi bizə bu mövsüm hədəfimizə çatmaqda kömək edəcək”.


Facebook-da paylaş

Xəbəri paylaş