Reklam

VİDEO Bütün Xəbərlər

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ!

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ



"Qarabağ" Allahverdi Bağırovun xatirəsini əbədiləşdirir



"Qarabağ"ın stadionu olan "Azərsun Arena"da Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsi əbədiləşdiriləcək.

Bu barədə Ağdam klubun prezidenti Tahir Gözəl məlumat verib. Bununla bağlı təklifi “Qarabağ”ın prezidenti ilə bugünkü görüşündə Qol.az saytının redaktoru Aydın Bağırov irəli sürüb. T.Gözəl “Qarabağ”ın Azərbaycanın dəyərlərinə, o cümlədən klubun öz tarixinə həmişə diqqət və həssaslıqla yanaşdığını söyləyib. O, “Qarabağ”ın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırovla bağlı təklifə görə təşəkkürünü bildirib.

“Qarabağ”ın prezidenti şəhid futbolçunun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflərin hazırlanıb ona təqdim olunması üçün klubun rəhbərliyinə tapşırıqlarını verib.


Facebook-da paylaş

Xəbəri paylaş