FİFA 20 milyard dollarlıq təklifdən imtina edib
Yaxın Şərqdən olan konsorsium iştirakçıların sayı artırılmış Klublararası Dünya çempionatı və Millətlər Liqası oyunlarının teleyayım hüquqlarını almaq istəyir.
"Mundo Deportivo" nəşri xəbər verir ki, bunun üçün FİFA-ya 20 milyard dollar təklif edilib. Qurum bu təklifi geri çevirib və məsələni ətraflı nəzərdən keçirməyin zəruriliyini əsas gətirib. 2018-ci ilin əvvəlində Səudiyyə Ərəbistanı və Çin FİFA prezidenti Canni İnfantino Klublararası Dünya çempionatını qəbul etməklə bağlı müraciət edibmiş.
Qeyd edək ki, Klublrarası Dünya çempionatının 4 ildən bir keçirilməsi və iştirakçıların sayını 24-ə yüksəltmək məsələsi gündəmdədir. İnvestorlar teleyayım hüququnu ala bilsə, bu turnir tamamilə onların nəzarətinə keçəcək. FİFA təsis olunduğu vaxtdan bəri heç vaxt bayrağı altında keçirilən turniri 3-cü tərəfin nəzarətinə verməyib.
Facebook-da paylaş