Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” MDB klublarının reytinq cədvəlində liderliyi əldən verib


“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində MDB məkanı klublarının siyahısında ikinci yerə düşüb.

BrendSport.az
xəbər verir ki, dünyada 84-cü, Avropada isə 49-cu pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik ikinci komandadır.

Bir ay əvvəlki reytinqlə müqayisədə 14 pillə geriləyən Ağdam təmsilçisini 23 addım irəliləyişə nail olan Ukrayna “Şaxtyor”u qabaqlayır.

MDB məkanında Azərbaycanın reytinqdəki digər komandalarından “Neftçi” 22-ci, “Sabah” isə 26-cı pillədə yer alıb.

MDB klublarının reytinqdəki yerləri:

1 (dünyada 70-ci). “Şaxtyor” (Donetsk, Ukrayna) – 138,5 xal

2 (84). “Qarabağ” (Azərbaycan) – 131,5

3 (142). “Şerif” (Moldova) - 99,5

4 (193). “Pünik” (Ermənistan) – 84,5

5 (199). RFŞ (Latviya) – 83,5

6 (202). “Dnepr-1” (Ukrayna) - 82,75

7 (203). “Riqa” (Latviya) – 82,5

8 (234). “Zarya” (Ukrayna) – 72

9-10 (253). “Panevejis” (Litva) - 70

9-10 (253). “Urartu” (Ermənistan) – 70

11 (279). “Jalgiris” (Litva) – 66

12 (290). “Dinamo” (Batumi, Gürcüstan) – 65,25

13 (305). “Flora” (Estoniya) – 63,5

14-15 (315). “Neman” (Belarus) – 62

14-15 (315). “Vorskla” (Ukrayna) – 62

16-17 (351). “Krivbass” (Ukrayna) – 58,5

16-17 (351). “Dinamo” (Kiyev, Ukrayna) – 58,5

18 (360). “Torpedo” (Kutaisi, Gürcüstan) – 58

19 (366). “Ararat” (Ermənistan) – 57,75

20 (368). BATE (Belarus) – 57,5

21 (370). “Levadiya” (Estoniya) – 57

22-23 (378). “Neftçi” (Azərbaycan) – 56,75

22-23 (378). “Astana” (Qazaxıstan) – 56,75

24 (380). ÇSKA (Moskva, Rusiya) – 56,5

25 (382). “Dinamo” (Tbilisi, Gürcüstan) – 56

26 (391). “Sabah” (Azərbaycan) – 55,5

Türkiyə klublarından yalnız “Fənərbağça” və “Qalatasaray” “Qarabağ”dan öndədirlər. Hesabında 172,5 xal olan birincilər 30-cu pilləyə düşüblər. “Qalatasaray” isə 162,5 əmsalla dünyanın 44-cü komandasıdır.


Facebook-da paylaş

Xəbəri paylaş