Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start veriləcək
Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start veriləcək.
BrendSport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə “Mançester Siti” ilə Almaniyanın “Bavariya” komandası arasında keçiriləcək. Oyunu ispaniyalı FIFA referisi Xesus Hil Mansano idarə edəcək.
Digər görüşdə isə İtaliyanın “İnter” klubu Portuqaliyada “Benfika”nın qonağı olacaq. Görüş ingiltərəli baş hakim Maykl Oliverə həvalə olunub.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, dörddəbir finalın digər iki oyunu aprelin 12-də keçiriləcək.
Facebook-da paylaş