Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: "Mançester Siti" "Bavariya"nı, "Benfika" "İnter"i qəbul edəcək



Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

BrendSport.az
xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə "Mançester Siti" ilə Almaniya "Bavariya"sı arasında olacaq. Erkən final adlandırılan oyunu ispaniyalı FIFA referisi Xesus Hil Mansano idarə edəcək.

Digər görüşdə isə İtaliya "İnter"i Portuqaliyada "Benfika" ilə qarşılaşacaq. Görüşün baş hakimi ingiltərəli Maykl Oliver olacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
11 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya)
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Mançester, "Etihad" stadionu.

23:00. "Benfika" (Portuqaliya) - "İnter" (İtaliya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Lissabon, "Eştadiu du Benfika" stadionu

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu aprelin 12-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş