PSJ klubu kapitanı Markinyosla müqaviləni uzadır
Fransanın PSJ klubu kapitanı Markinyosla müqaviləni uzadır.
BrendSport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano öz tviter hesabında məlumat yayıb.
Braziliyalı müdafiəçinin müqaviləsinin 2027-ci ilin yayınadək artırılacağı gözlənilir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.
Qeyd edək ki, Braziliya millisinin də üzvü olan 28 yaşlı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir. O, komandanın tarixində keçirdiyi oyunların sayına görə (400) üçüncüdür. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub.
Facebook-da paylaş